Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen Inın bacısı, nüfuzlu Kim Yo-jong yüksək vəzifəyə təyinat alıb.
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin dövlət mediası yazıb.
Pxenyanın rəsmi media orqanı olan Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, İşçi Partiyasının Mərkəzi Komitəsi bazar ertəsi günü əvvəllər departament direktorunun müavini olan Kim Yo-jongu departament direktoru təyin edib.
Dövlət mediasının verdiyi məlumata görə, Kim Çen In bazar günü partiya tərəfindən yekdilliklə yenidən baş katib vəzifəsinə seçilib. Minlərlə partiya rəsmisi paytaxt Pxenyana axışaraq hakim İşçi Partiyasının beş illik zirvə toplantısına qatılıb. Bu toplantı diplomatiyadan müharibə planlaşdırmasına qədər bütün sahələrdə dövlətin fəaliyyətinə rəhbərlik edir.
Aydın Baxış
Bakı 




