İqtisadi zonalarda investisiya dinamikasında artım müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi tərəfindən keçirilən mətbuat konfransında məlumat verilib.
Sədr bildirib ki, müxtəlif ölkələrin şirkətləri tərəfindən ümumilikdə 438,7 milyon manat həcmində investisiya yatırılıb. Bunun 248,9 milyon manatı birbaşa xarici sərmayənin payına düşür.
Qeyd olunub ki, sənaye zonalarına əsas investor ölkələr sırasında Çin, Türkiyə, BƏƏ, Almaniya, Litva, Bolqarıstan, Rusiya və Pakistan yer alır.
Vurğulanıb ki, xarici investorların marağının artması sənaye zonalarında yaradılan əlverişli biznes mühiti və tətbiq olunan güzəştlərlə bağlıdır.
Zeynəb Rzayeva
Bakı 




