Serbiyanın hüquq-mühafizə orqanları dövlət başçısı Aleksandar Vuçiçə qarşı sui-qəsd cəhdi planlaşdırmaqda şübhəli bilinən iki şəxsi saxlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti xəbər verib.
Qeyd olunur ki, Daxili İşlər Nazirliyinin əməkdaşları D.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü) həbs ediblər:
"Onlar Serbiya Respublikasının Konstitusiya quruluşunu zorakı yolla dəyişdirmək, silah almaq yolu ilə ən yüksək dövlət orqanlarını devirmək, Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdində şübhəli bilinirlər".
Şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi Kralevodakı Ali Prokurorluğa göndəriləcək.
Bakı 




