• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Aydın Mirzəzadə: Azərbaycan xalqı qorxmadı, çəkinmədi

SİYASƏT

24 Fevral 2026 | 11:17

Aydın Mirzəzadə: Azərbaycan xalqı qorxmadı, çəkinmədi

Xocalı faciəsi baş verərkən Azərbaycan müstəqil dövlət deyildi və xalqın özünə rəhbər təyin edilmiş bir lideri yox idi. Lakin bütün çətinliklərə, təhlükələrə və qorxuya baxmayaraq, Azərbaycan xalqı qorxmadı, geri çəkilmədi. Bu faciənin ağrı-acısını, itkiləri yaddaşına həkk edərək, gələcəyə inamla irəlilədi və milli qələbə yolunda əzmlə addımladı.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə səsləndirib.

Deputat bildirib ki, dövlətimizin bütövlüyünün təmin edilməsində ən böyük rol Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə və Prezident İlham Əliyevin düzgün siyasi kursuna aiddir. Bu siyasət nəticəsində Azərbaycan yalnız daxildə deyil, beynəlxalq aləmdə də öz mövqeyini möhkəmləndirib və dünyaya töhfələrini verir.

O, vurğulayıb ki, tariximizin qanlı səhifələrini unutmamalıyıq. Xocalı kimi faciələr təkcə keçmişimizin acı yaddaşı deyil, eyni zamanda xalqımızın iradəsinin və birlik ruhunun göstəricisidir. Bugün də Azərbaycana qarşı soyqırım törətmək istəyənlər, çaxnaşma yaratmaq niyyətində olan qüvvələr var. Lakin ölkəmizin rəhbərliyinin düzgün siyasəti, xalqın birliyi və dövlətin güclü mövqeyi Azərbaycanın adını hər zaman möhkəm və hörmətli edir.

Deputat qeyd edib ki, biz bu faciələri gələcək nəsillərə ötürməli və milli birliyimizi qorumaqla Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməliyik. Xalqın və dövlətin birliyi, düzgün siyasi rəhbərlik və strateji baxış Azərbaycanın həm milli təhlükəsizliyini təmin edir, həm də beynəlxalq aləmdə nüfuzunu artırır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

23 Fevral 2026