• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

"Dörd ildir ki, Putin Kiyevi üç günə ələ keçirir" - Zelenski

DÜNYA

24 Fevral 2026 | 12:12

Dörd ildir ki, Putin Kiyevi üç günə ələ keçirir - Zelenski

"Bu gün Putinin Kiyevi "üç günə ələ keçirməsindən" düz dörd il ötür".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı başlatdığı tammiqyaslı müharibənin dördüncü ildönümü ilə bağlı bildirib.

"Və bu, müqavimətimiz, Ukraynanın bütün bu müddət ərzində necə mübarizə apardığı haqqında çox şey deyir. Bu sözlərin arxasında milyonlarla xalqımız, böyük cəsarət, zəhmət, dözümlülük və Ukraynanın 24 fevraldan bəri keçdiyi böyük yol dayanır", - deyə Zelenski bildirib.

"Müstəqilliyimizi müdafiə etdiyimizi, dövlətçiliyimizi itirmədiyimizi, Putinin məqsədlərinə çatmadığını deməyə tam haqqımız var. O, ukraynalıları sındıra bilmədi, bu müharibədə qalib gəlmədi. Biz Ukraynanı qoruduq və sülhə və ədalətə nail olmaq üçün hər şeyi edəcəyik", - deyə o əlavə edib.

Zeynəb Rzayeva
 


SON XƏBƏRLƏR

23 Fevral 2026