Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev fevralın 23-də BMT-nin Azərbaycanda yeni təyin olunan müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliçlə görüşüb.
Bu barədə Bakıvaxtı.az-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Anar Quliyev qonağa Azərbaycanın milli prioritetləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq post-münaqişə dövründə həyata keçirilən bərpa-quruculuq proseslərində əldə olunan irəliləyişlərdən bəhs edib.
Həmçinin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması və may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq barədə ətraflı məlumat verilib.
Bakı 







