• Bakı C

    8.95 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Hesablama Palatasında Kollegiya iclası keçirildi 

CƏMİYYƏT

23 Fevral 2026 | 21:47

Hesablama Palatasında Kollegiya iclası keçirildi 

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, iclasda ilk olaraq Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov tərəfindən keyfiyyətin idarəedilməsi fəaliyyəti çərçivəsində monitorinq və düzəltmə (sağlamlaşdırma) işinin təşkili məsələsi təqdim edilib. Qeyd olunub ki, müvafiq fəaliyyət auditin keyfiyyətinin və səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müzakirələr zamanı monitorinq prosedurlarının sistemli tətbiqi, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin vaxtında və effektiv icrası ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadə Dövlət Auditi İnformasiya Sisteminin qurulması üzrə həyata keçirilən fəaliyyətlərin mövcud vəziyyəti barədə məlumat təqdim edib.

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov illik fəaliyyət hesabatında tətbiq edilməli yeniliklər, o cümlədən fəaliyyətin təsirinin qiymətləndirilməsi ilə bağlı məsələlərə toxunub. Eyni zamanda, dövlət auditinin rəqəmsallaşdırılması işlərinin sürətləndirilməsi, audit hesabatlarının hazırlanmasında və inzibati idarəetmə fəaliyyətində süni intellektin tətbiqinin genişləndirilməsi imkanlarının öyrənilməsi ilə bağlı kollegiya üzvləri və struktur bölmə rəhbərlərinə tapşırıqlarını verib.

İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə baxılıb.


SON XƏBƏRLƏR