• Bakı C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Rusiya ordusunun Gürcüstan ərazilərindən çıxarılması tələb edildi

DÜNYA

23 Fevral 2026 | 14:31

Rusiya ordusunun Gürcüstan ərazilərindən çıxarılması tələb edildi

“Avropa İttifaqının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndiririk və bu dəstək daha konkret forma alsa, daha xoş olardı”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Hökumət başçısı Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri Kaya Kallasın açıqlamasını belə şərh edib:

“Şəxslərdən danışmayacağam, Avropa İttifaqı barədə danışıram. Avropa İttifaqı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyəndə, bunu yalnız alqışlayırıq. Konkret avropalı məmuru tənqid etməli olduğumuz yerdə tənqid edirik, təşəkkür edə biləcəyimiz yerdə isə təşəkkür edirik. Bu, avropalı siyasətçilərə minnətdarlıq ifadə edə biləcəyimiz haldır. Başqa hallar da var ki, onlar gürcü xalqına qarşı çox ağır və yanlış münasibəti ehtiva edir, əlbəttə, bu zaman da tənqiddən çəkinmirik. Harada minnətdarlıq haqq edirlərsə, orada təşəkkür edəcəyik, harada tənqid haqq edirlərsə, orada tənqidimizi bildirəcəyik”.

Kaya Kallas bundan əvvəl bildirmişdi ki, Rusiya uzunmüddətli sülh üçün öz qoşunlarını Gürcüstanın bütün işğal olunmuş ərazilərindən çıxarmalıdır./Teleqraf 


SON XƏBƏRLƏR