İsrailin gecə Livanın cənubundakı şəhərlərə qarşı üç basqını nəticəsində ən azı doqquz nəfər həlak olub.
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb.
Xəbərdə deyilir ki, bu bölgə İranpərəst Hizbullah hərəkatının dayağı hesab olunur.
İsrailin hücumu nəticəsində Nəbatiyə bölgəsində ən azı üç nəfər ölüb, 18 nəfər yaralanıb, Səidə şəhərinin cənubundakı Aadluda daha dörd nəfər ölüb, bir nəfər yaralanıb, Səidə yaxınlığındakı Miye-Miye Fələstin qaçqın düşərgəsində isə daha iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Aydın Baxış
Bakı 




