İsrailin mərkəzi bölgələrində vəziyyət kəskinləşib.
Bakıvaxtı.az xəbər verir ki, İran tərəfindən İsrailin mərkəzi rayonlarına raket zərbələri endirilib. Hücum zamanı əsas hədəflərdən birinin Tel-Əviv olduğu bildirilir.
Yerli mənbələrin məlumatına görə, zərbələr nəticəsində yaşayış binalarına və nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə zamanı bir sıra ərazilərdə hava hücumundan müdafiə sistemləri işə düşüb və siren səsləri eşidilib.
Bildirilir ki, raketlərin bir qismi zərərsizləşdirilsə də, bəziləri yaşayış məntəqələrinə düşüb. Hadisə yerində xilasedici və tibbi briqadalar fəaliyyət göstərir.
Bakı 




