“Hazırda Bakı Metropolitenində şüşə arakəsmələrin quraşdırılması texniki baxımdan mümkün deyil. Bunun bir neçə səbəbi var”.
Bu barədə Bakıvaxtı.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilir ki, mövcud stansiyaların havalandırma və hava dövriyyəsi xüsusiyyətləri nəzərər alınmalıdır. Xüsusilə yaşıl və qırmızı xətlərdə hava stansiyalara əsasən tunellər vasitəsilə daxil olur. Platforma arakəsmələrinin quraşdırılması bu hava axınlarının qarşısını alacaq. Bu isə həm tunel infrastrukturuna, həm də ən əsası sərnişinlərin rahatlığı və təhlükəsizliyinə mənfi təsir göstərəcək.
Qurumdan qeyd edilib ki, Bakı metropolitenində fərqli nəsil və bir neçə model vaqon istismar olunur. Bu vaqonlarda qapıların yerləşməsi və açılması mexanizmi fərqlidir.
“Bəzilərində qapılar içəriyə, bəzilərində isə çölə açılır. Bu müxtəliflik platforma arakəsmələrinin standartlaşdırılmış şəkildə tətbiqini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bütün bu amilləri nəzərə alaraq hazırda şüşə ara kəsmələrin Bakı metrosunda tətbiqi mümkün deyil”,-məlumatda qeyd edilir.
Bakı 




