Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, Xaçmazın icra başçısı Elnur Rzayev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Fuad Nəzər oğlu Şahbazov Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, F.Şahbazov bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bakı 




