• Bakı C

    7.32 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

ABŞ İrana atəşkəsə dair PLAN təklif edib

SİYASƏT

25 Mart 2026 | 10:25

ABŞ İrana atəşkəsə dair PLAN təklif edib

ABŞ İranla münaqişəyə son qoymaq üçün 15 maddəlik plan qəbul edib. 

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, plana əsasən, Tehrandan bütün zənginləşdirilmiş nüvə yanacağını təhvil verməsi və ya Hörmüz boğazını açıq saxlaması tələb olunur.
 
“ New York Times” və İsrailin “Channel 12” televiziya kanalı Tramp administrasiyasının tələblərini hər iki tərəflə yaxşı münasibətlər saxlayan Pakistan vasitəsilə İrana çatdırdığını iddia edir.

Kanal 12-nin istinad etdiyi mənbəyə görə,  İran hakimiyyəti onların tələblərini araşdırarkən bir aylıq atəşkəs təklif edirlər.
 
Təqdim edilən 15 bənd arasında ilk beşi nüvə sektoruna aiddir: Vaşinqton İrandan heç vaxt nüvə silahı əldə etməyə çalışmamasını, Tehranın tərəflərin müəyyən etdiyi tarixə qədər bütün zənginləşdirilmiş yanacağı təhvil verməsini və ya bir neçə mühüm nüvə obyektinin sökülməsini tələb edir. İran həmçinin öz müttəfiqlərinə dəstəyi dayandırmalı və Hizbullah və Həmas kimi qrupların maliyyələşdirilməsini və ya silahlandırılmasını dayandırmalı olacaq. Ölkənin sahib ola biləcəyi raketlərin sayına və onların mənzilinə məhdudiyyətlər qoyulacaq.  Bundan əlavə, dünya karbohidrogenlərinin təxminən 20%-nin keçdiyi Hörmüz boğazı dəniz nəqliyyatı üçün açıq qalmalıdır.
 
Bunun müqabilində İran ona qarşı beynəlxalq sanksiyaların ləğvi və mülki nüvə proqramına dəstək alacaqı. Planda İranda rejim dəyişikliyindən bəhs edilmir.

Qeyd edək ki, Amerika prezidenti Donald Tramp çərşənbə axşamı Tehranla razılığa gəlmək şansları ilə bağlı nikbinliyini bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR

24 Mart 2026