• Bakı C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Çay istehsalı artdı

İQTİSADİYYAT

23 Fevral 2026 | 15:29

Çay istehsalı artdı

Bu ilin yanvar ayında Azərbaycanda 750,2 ton çay istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı ötən ilin müvafiq övrü ilə müqayisədə 3,3% artıb.

    Hesabat dövründə ölkəyə 5 milyon 333 min ABŞ dolları dəyərində 766.6 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 34,7 faiz, həcm ifadəsində isə 41% azalıb.

    Qeyd edək ki, ötən ay Azərbaycandan xarici bazarlara 570 min ABŞ dolları dəyərində 61.2 ton çay ixrac edilib. Çay ixracı 2025-cü ilin yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 20.9%, həcm ifadəsində isə 18,6% artıb.

    Onu da bildirək ki, dövr ərzində çayın 1 kiloqramının orta ixrac qiyməti 15.8 manat, orta idxal qiyməti isə 11.8 manat təşkil edib.


    SON XƏBƏRLƏR