Meksikada “Xaliskonun yeni nəsli” kartelinin liderinə qarşı əməliyyat zamanı və iğtişaşlarda azı 18 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli “Jornada” qəzeti məlumat yayıb.
Belə ki, “El Menço” ləqəbli Nemesio Oseguera Servantesi tutmaq üçün həyata keçirilən əməliyyat və onun ardınca baş verən iğtişaşlar zamanı Milli Qvardiyanın 15 hərbçisi həlak olub.
Bundan başqa, Puerto-Valyarta şəhərində həbsxanada baş vermiş qiyam zamanı bir mühafizəçi həlak olub, Sapopan şəhərində isə küçə atışmasında prokurorluğun işçisi güllələnib. Eyni şəhərdə atışma zamanı bir hamilə qadın həlak olub.
Bakı 




