• Bakı C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Bir gecədə 18 ailə üzvünü itirdi

DÜNYA

23 Fevral 2026 | 15:25

Bir gecədə 18 ailə üzvünü itirdi

Fevralın 22-də Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqindəki Nangarhar və Paktika əyalətlərində çoxsaylı hava hücumları həyata keçirib. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla 18 nəfər həlak olub. 

İnsidentdə bütün ailə üzvlərini itirən əfqan kişinin hekayəsi ürəkləri dağlayıb. Hadisədən sonra yerli mediaya açıqlama verən kişi çarəsiz olduğunu ifadə edib. 

Pakistan hökuməti hava hücumlarını sərhədin o tayından gələn Təhriki Taliban Pakistan (TTP) və İslam Dövləti – Xorasan əyaləti (İŞİD) ilə əlaqəli yaraqlıların "kəşfiyyat əsaslı hədəfə alınması" kimi müdafiə edir. Lakin Kabil administrasiyası hücumları qətiyyətlə pisləyərək, onları Əfqanıstanın suverenliyinin pozulması və mülki şəxslərin hədəfə alınması kimi xarakterizə edib./Unikal


SON XƏBƏRLƏR