• Bakı C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Sələmçini 23 bıçaq zərbəsi ilə qətlə yetirən şəxsə 17 il cəza verildi

CƏMİYYƏT

23 Fevral 2026 | 14:57

Sələmçini 23 bıçaq zərbəsi ilə qətlə yetirən şəxsə 17 il cəza verildi

Sələmçini 23 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Orxan Mehdiyev məhkəməyə təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. 

Daha sonra hökm oxunub. 

Hökmə əsasən, Elçin Vəliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə 5 sentyabr 2025-ci ildə baş verib. 1969-cu il təvəllüdlü E.Vəliyev Təravət Cəfərxanovaya 23 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Məlum olub ki, T.Cəfərova sələmçi olub, E.Vəliyev isə ondan sələmə pul götürüb.

E.Vəliyevə Cinayət Məcəlləsinin 120.2.4- cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci maddəsi (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (Unikal)


SON XƏBƏRLƏR