"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib.
Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycanda dağ-mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilirlər:
Caniyev İbrahim Mustafa oğlu
Hüseynov Fuad Camal oğlu
Xələfov Sadiq Miri oğlu
İsmayılov Tofiq Köçəri oğlu
Quliyev Emil Ehtiram oğlu
Məmmədəliyev Dadaş Şixməmməd oğlu
Məmmədov Ələsgər Ağamehdi oğlu
Talıbov Zəka Famil oğlu.
Bakı 




