• Bakı C

    10.59 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Azərbaycanla İran arasında bir sıra sazişlər imzalanacaq

SİYASƏT

23 Fevral 2026 | 11:08

Azərbaycanla İran arasında bir sıra sazişlər imzalanacaq

Bu gün Bakıda Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iqtisadi və mədəni sahələrdə sazişlər imzalanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq əlaqələr mərkəzinin baş direktoru Əmin Tarfaa bildirib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələrini müzakirə edəcək, iki ölkənin gələn ilə qədər əməkdaşlıq proqramları və inkişaf etdirilməsi nəzərdə tutulan sahələrlə bağlı fikir mübadiləsi aparılacaq. Baş direktor Tehran-Bakı münasibətlərində nəqliyyat sektorunun əhəmiyyətini vurğulayıb: “İran və Azərbaycan Respublikası arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri nəqliyyatın və birgə sərhəd infrastrukturunun inkişafıdır. Son bir il yarım ərzində bu sahədə əhəmiyyətli inkişaflar baş verib və iki ölkənin həm dəmir yolu, həm də avtomobil yolu sektorlarında sərhəd infrastrukturu transformasiya və inkişaf yolundadır. Bu dövrdə Azərbaycan tərəfi ilə quru nəqliyyatı ilə bağlı davamlı müzakirələr aparılıb”. Əmin Tarfaa onu da qeyd edib ki, görüş çərçivəsində iki ölkə arasında nəqliyyat prosesi və ticarət mübadiləsinin asanlaşdırılması və sürətləndirilməsi barədə də müzakirələr baş tutacaq./Teleqraf 


SON XƏBƏRLƏR

22 Fevral 2026