• Bakı C

    10.59 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Saatlıda kənd məktəbi təmir olunub - FOTO

CƏMİYYƏT

23 Fevral 2026 | 11:19

Saatlıda kənd məktəbi təmir olunub - FOTO

Təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində Saatlı rayonunun Qara Nuru kəndində yerləşən 1176 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri uğurla başa çatdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, məktəbin 3.64 hektar ərazisində yaradılan yeni tədris mühitində təhsilin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait təmin olunub. Məktəbdə 29 sinif otağı, 1 məktəbəqədər hazırlıq otağı, 3 laboratoriya, 2 əmək otağı fəaliyyət göstərir. Şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün 2 informatika kabineti, eləcə də çağırışaqədərki hazırlıq məqsədilə 1 hərbi hazırlıq kabineti istifadəyə verilib.

    Qeyd olunub ki, təhsil müəssisəsində kitabxana və oxu zalı yaradılıb, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və məktəbdaxili tədbirlərin keçirilməsi üçün akt zalı istifadəyə hazır vəziyyətə gətirilib. Məktəbdə, həmçinin yeməkxana və müasir idman zalı fəaliyyət göstərir. Layihə çərçivəsində bina gücləndirilib, mühəndis-kommunikasiya sistemləri yenilənib və ətraf ərazi abadlaşdırılıb.


    SON XƏBƏRLƏR

    22 Fevral 2026