Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər ərazisində nasaz avtomobilini təmir edən 1964-cü il təvəllüdlü Saleh Qurbanovu arxadan gələn "Volkswagen" markalı sərnişindaşıyan mikroavtobus vurub.
Hadisə nəticəsində sürücü ağır bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




