• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu ştatda fövqəladə vəziyyət elan edildi

DÜNYA

23 Fevral 2026 | 11:26 | Müəllif: Əli Hüseynov

Bu ştatda fövqəladə vəziyyət elan edildi

ABŞ-nin şimal-şərqində yeni qar fırtınası gözlənilir və Nyu-York, Nyu-Cersi, Konnektikut, Rod-Aylend və Massaçusets ştatlarında təsirli ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, fırtına nəticəsində bəzi ərazilərdə qar qalınlığı 71 santimetrə çatacaq, saatda 80 km sürətlə külək və görünməzlik təhlükəsi yaranacaq.

Nyu-York şəhərinin meri Zöhran Mamdani sakinlərə evdə qalmağı və köməyə ehtiyacı olanlara yardım etməyi tövsiyə edib.

Qeyd edək ki, Nyu-Cersi qubernatoru Miki Şerrill ştatda fövqəladə vəziyyət elan edəcəyini açıqlayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR