Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, səsvermədə 227 təşkilatın nümayəndəsi iştirak edib. Verilmiş bülletenlərdən 5-i etibarsız, 222-si etibarlı hesab olunub.
Səsvermənin nəticələrinə əsasən, seçkilərdə iştirak etmiş seçicilərin yarıdan çoxunun səsini toplamış aşağıdakı namizədlər DİN yanında İctimai Şuranın üzvləri seçiliblər:
1. Əliməmməd Mali oğlu Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
2. Vaqif Gülağa oğlu Abışov – DİN Polis Akademiyasının müəllimi, istefada olan polis polkovniki
3. Fərhad Rəsul oğlu Süleymanov – DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki
4. Zaur Vaqif oğlu Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin nümayəndəsi
5. İxtiyar Kərim oğlu Hüseynli – əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
6. Mehriban Heydərəli qızı Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri
7. İbrahim Xudaverdi oğlu Zeynalov – Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı.
Bakı 




