İranın Rusiya ilə 500 milyon avroluq gizli raket sazişi imzaladığı iddia edilir.
Bakıvaxtı.az-ın xəbərinə görə,"Financial Times" yazır ki, tərəflər 2025-ci ilin dekabrında Moskvada müqavilə bağlayıb və Rusiya İrana 500 ədəd “Verba” buraxılış qurğusu ilə 2500 ədəd “9M336” raketi göndərməlidir.
Məlumata görə, raketlərin 2027–2029-cu illərdə üç mərhələdə təhvil verilməsi nəzərdə tutulur, lakin bəzi sistemlərin artıq Tehrana çatdırıldığı bildirilir.
İddiaya görə, İran bu addımı İsrail-ABŞ hücumlarından sonra strateji obyektlərinin qorunmasını gücləndirmək üçün atıb.
Əli Hüseynov
Bakı 



