“Rusiya ilə sülh danışıqları asan getmir, amma Ukrayna irəliləyir və bütün tərəflərin yekun qərarlar verməli olacağı məqama yaxınlaşır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov deyib.
“Belə müharibələr öz-özünə bitmir. Ya ədalətli qərarla başa çatır, ya da mütləq daha geniş və təhlükəli formada geri qayıdır”, - o qeyd edib.
Budanovun sözlərinə görə, Ukraynanın diqqəti elə sülh danışıqlarına yönəlib ki, bunlar sadəcə müharibəni dayandırmaqla kifayətlənməsin, həm də Rusiyanın qanlı təcavüzünün təkrarlanmasının qarşısını alsın:
“Sirr deyil ki, danışıqlar asan getmir, amma biz irəliləyirik və bütün tərəflərin yekun qərar verməli olacağı mərhələyə yaxınlaşırıq: müharibəni davam etdirmək, yoxsa sülhə keçmək. Ümid edirəm, ədalət qalib gələcək”.
PA rəhbəri vurğulayıb ki, Ukrayna diplomatik səylər və tərəfdaşların, ilk növbədə ABŞ-nin dəstəyi sayəsində addım-addım nəticəyə yaxınlaşır.Teleqraf
Bakı 




