• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Yağıntılı hava nə qədər davam edəcək?

CƏMİYYƏT

23 Fevral 2026 | 18:19 | Müəllif: Subhan Mahmudov

Yağıntılı hava nə qədər davam edəcək?

Fevralın 24-25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində çiskinli yağış proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 7–10 dərəcə isti təşkil edəcək.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O deyib ki, bölgələrdə fevralın 24-də arabir yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Fevralın 25-də gündüz saatlarında yağıntılarda fasilə gözlənilir. Havanın maksimal temperaturu Aran rayonlarında 8–13, dağlıq ərazilərdə isə 0–5 dərəcə isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026