• Bakı C

    9.53 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Rafiq Göyüşova hökm oxundu

CƏMİYYƏT

23 Fevral 2026 | 17:51

Rafiq Göyüşova hökm oxundu

ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin dələduzluqda ittiham edilən sabiq əməkdaşı Rafiq Göyüşova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün sənədlərdə şişirdilmiş məbləğlər göstərərək bu və digər yollarla ABŞ səfirliyinin yarım milyon manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur.

R.Göyüşov Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Onun barəsində məhkəməyə qədər "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdi.

Cinayət işi üzrə ABŞ səfirliyi zərərçəkmiş qismində tanınıb.


SON XƏBƏRLƏR