• Bakı C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Audovizual Şurada hesabatların məzmunu müzakirə olundu - FOTO

MEDİA

24 Fevral 2026 | 16:37

Audovizual Şurada hesabatların məzmunu müzakirə olundu - FOTO

Audiovizual Şurada ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının (redaksiyalarının) məsul şəxsləri ilə görüş keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Şuradan məlumat verilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılıb.

Görüşdə, həmçinin, Türk Dövlətləri Təşkilatının İnformasiya sahəsində 2026-cı il üçün Fəaliyyət Planı çərçivəsində audiovizual yayımçıların görməli olduqları işlər müzakirə olunmuş, yayımçılar tərəfindən Audiovizual Şuraya təqdim olunan hesabatların məzmunu və formalarına dair məsələlərə toxunulub.


SON XƏBƏRLƏR