• Bakı C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Narkobaronun öldürülməsindən sonra Meksika - VİDEO

DÜNYA

24 Fevral 2026 | 18:10

Narkobaronun öldürülməsindən sonra Meksika - VİDEO

Meksikanın Xalisko ştatında ölkənin ən böyük narkotik kartellərindən birinin liderinin ləğv edilməsindən sonra ikinci gündür ki, gərginlik davam edir.

Bakıvaxtı.az xəbər verir ki, sosial mediada iğtişaşlar zamanı yanan mağazaların, avtomobillərin və hətta təyyarələrin zədələndiyini göstərən görüntülər yayılır.

Silahlı qruplar yolları bağlayır, yanğınlar törədir və qarşılarına çıxan hər kəsi öldürməklə hədələyirlər.

Münaqişə, "El Mencho" kimi tanınan Halisco Yeni Nəsil kartelinin rəhbəri Nemesio Oseguera Servantesin aradan qaldırılması əməliyyatından sonra daha da şiddətlənib. 

Jurnalistlərin sözlərinə görə, xüsusi əməliyyat günü o, atçılıq kompleksinin ərazisində olub və orada bir qadınla görüşməyi planlaşdırıb. Qadın getdikdən sonra təhlükəsizlik qüvvələri hücuma keçib.

Meşəlik əraziyə qaçmağa çalışarkən narkobaron yaralanıb və xəstəxanaya aparılarkən yolda ölüb. Ən yaxın yoldaşı da onunla birlikdə məhv edilib. 

Əməliyyat zamanı qumbaraatanlar, tüfənglər və təxminən yeddi milyon dollar nağd pul müsadirə edilib.


SON XƏBƏRLƏR