• Bakı C

    6.99 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Bakıda bağçadan çıxaraq avtomobil yolunda gəzən azyaşlı xilas edildi

CƏMİYYƏT

27 Dekabr 2025 | 00:16

Bakıda bağçadan çıxaraq avtomobil yolunda gəzən azyaşlı xilas edildi

Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yola təkbaşına çıxan azyaşlının həyatı xilas edilibş 

Bakıvaxtı.az xəbər verir ki, “BakuBus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyevanın sözlərinə görə, marşrut üzrə hərəkətdə olan sürücümüz Allahverdiyev Asif hərəkətdə olan avtomobillərin arasında azyaşlı uşağı görərək dərhal avtobusu saxlayıb. Ətrafı diqqətlə yoxlayan sürücü uşağın tək olduğunu müəyyən edib və onun təhlükəsizliyini təmin edib.

Azyaşlı uşağı avtobusa mindirib. Yaşına görə ünsiyyət qurmaq mümkün olmadığından dərhal 102 xidmətinə məlumat verilib. Qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarına uşaq təhvil verilib.

Sonradan məlum olub ki, uşaq bağçadan çıxaraq nəzarətsiz şəkildə xeyli məsafə qət edib. Polis əməkdaşları tərəfindən uşaq ailəsinə təhvil verilib.


SON XƏBƏRLƏR

26 Dekabr 2025