• Bakı 22° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Asensio “Fənərbaxça”dan ayrıla bilər

İDMAN

27 Dekabr 2025 | 11:15 | Müəllif: Əli Hüseynov

Asensio “Fənərbaxça”dan ayrıla bilər

“Fənərbaxça”nın yarımmüdafiəçisi Marko Asensio yenidən İspaniya  La Liqada çıxış edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubu təcrübəli futbolçunun transferi ilə maraqlanır.

“AS” nəşrinin məlumatına görə, “Sevilya” 29 yaşlı ispan oyunçu üçün yanvar transfer pəncərəsində “Fənərbaxça”ya rəsmi təklif göndərməyi planlaşdırır. Hücumçunun özünün də ölkəsinə qayıtmaqda maraqlı olduğu iddia edilir. 

Qeyd edək ki, Asensio mövsümün əvvəlində Paris Sen-Jermendən türk klubuna 7,5 milyon avroya transfer olunub. O, cari mövsümdə “Fənərbaxça”nın heyətində keçirdiyi 19 rəsmi qarşılaşmada 9 qola imza atıb və 5 asistlə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026