Portuqaliya yığmasının sabiq üzvü, tanınmış futbolçu Luiş Nani peşəkar karyerasını bərpa edib.
Bakıvaxtı.az xəbər verir ki, 39 yaşlı vinger Qazaxıstanın “Aktobe” klubu ilə rəsmi müqavilə imzalayaraq yaşıl meydanlara geri dönüb.
Ötən ilin dekabrında ölkəsində “Estrela Amadora” komandası ilə yollarını ayırdıqdan sonra karyerasını bitirdiyini açıqlayan təcrübəli oyunçu Qazaxıstan təmsilçisinin təklifini qəbul edərək 2026-cı ilin sonunadək nəzərdə tutulan sözləşməyə imza atıb. Məlumata görə, futbolçunun aylıq məvacibi təxminən 70 min dollar (119 min AZN) təşkil edəcək ki, bu da Qazaxıstan Premyer Liqası tarixində rekord göstərici hesab olunur.
Qeyd edək ki, Luiş Nani karyerasının ən parlaq dövrünü İngiltərənin “Mançester Yunayted” klubunda keçirib. O, bu komandanın heyətində 4 dəfə İngiltərə çempionu və bir dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. Portuqaliya yığmasında 112 qarşılaşmada 24 qola imza atan hücumçu eyni zamanda 2016-cı ilin Avropa çempionudur.
Bakı 




