21 yanvarda başlayan və Latviya, Litva və Sloveniyada keçirilən Avropa Futzal Çempionatı zamanı münaqişə yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, 22 yanvarda Ermənistan və Ukrayna arasında keçirilən qrup mərhələsi matçından sonra qarşılıqlı ittihamlar ortaya çıxıb.
Ukrayna Futbol Assosiasiyası UEFA-nın nəzarət və intizam orqanlarına Ermənistan milli komandasının oyunçusu Denis Nevedrova və bütün komandaya qarşı şikayət ərizəsi təqdim edərək onları idmana yaraşmayan davranışda ittiham edib. Şikayət Nevedrovun rəqiblərə ünvanladığı təhqiramiz ifadələrindən qaynaqlanıb.
Lakin Ermənistan tərəfi ittihamları rədd edib. Ermənistan nümayəndə heyətinin məlumatına görə, Ukrayna milli komandasının oyunçuları Rusiya klublarında oynayan erməni oyunçularla əl sıxmaqdan imtina ediblər. Bu vəziyyət oyunun başlamasından əvvəl komandalar arasında ənənəvi əl sıxışmalarının baş tutmamasına səbəb olub ki, bu da bu səviyyəli turnirlər üçün nadir haldır.
Qeyd edək ki, Nevedrovun qələbədən sonra "Lox, Ukrayna" deyə qışqırdığı bildirilir.
Bakı 




