• Bakı C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

ABŞ-də 5 min uçuş TƏXİRƏ SALINDI

CƏMİYYƏT

28 Dekabr 2025 | 09:25

ABŞ-də 5 min uçuş TƏXİRƏ SALINDI

ABŞ-nin şimal-şərqinə yağan qar səbəbindən 5 mindən çox aviareys gecikib.

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatlar ixtisaslaşmış "FlightAware" portalı tərəfindən təqdim olunub.

Məlumata görə, şənbə günü 5 588 reysin sərnişinləri gecikmələrlə üzləşib, daha 862 reys isə ləğv olunub.

Bu həftə ABŞ-nin şimal-şərqində güclü qar yağışı müşahidə olunur. "ABC News" telekanalının bildirdiyinə görə, cümə günü Nyu-York ştatında 15 sm-ə qədər qar yağıb. Yerli hakimiyyət orqanları zərurət olmadıqca səfərlərdən çəkinməyi tövsiyə edib.

Nyu-Yorkdakı Con Kennedi və La-Quardiya hava limanları sosial şəbəkələrdə əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıqlar yayıblar. Nyu-Cersi ştatındakı Nyuark Hava Limanının rəhbərliyi isə sərnişinlərə aeroporta çatmaq və yoxlamalardan keçmək üçün daha çox vaxt ayırmağı tövsiyə edib.

Güclü qar yağışı və yollarda buzlanma təhlükəsi Kannektikut, Rod-Aylend və Pensilvaniya ştatlarını da əhatə edib.


SON XƏBƏRLƏR

27 Dekabr 2025