Ehtiyatda olan general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisi, bloqer Nərmin Xudaverdiyevanın ittihamlarəna cavab verib.
Bakıvaxtı.az "Yeni Sabah"a istinadən xəbər verir ki, generalın oğlu N.Xudaverdiyevanın dedikləri şər və böhtan olduğunu bildirib.
Rüstəm Orucov Cinayət Məcəlləsindən maddələr paylaşıb və şər-böhtana görə ağır cəzaların nəzərdə tutulduğu vurğulayıb.
"Hər iki halda, yalanın məqsədi şəxsin məsuliyyətə cəlb edilməsi və ya vaxt itkisinə səbəb olmaqdır. Əgər siz qanunlardan qorxmursunuzsa, eybi yox”, - deyə Orucov bildirib.
15:59
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur.
Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı təhdid olunduğunu deyən Nərmin Xudaverdiyeva sosial media hesabında paylaşım edib.
N.Xudaverdiyeva bildirib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox sevgili olublar:
“Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür”.
Qeyd olunan məsələ ilə bağlı artıq Nərmin Xudaverdiyeva polisə müraciət edib. Müraciət əsasında araşdırma aparılır.
Xatırladaq ki, Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğludur. O, 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə həbs edilmişdi.
Bakı 




