• Bakı C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Paytaxtın bu küçəsində hərəkət zolaqlarının sayı artırıldı

CƏMİYYƏT

27 Dekabr 2025 | 16:22

Paytaxtın bu küçəsində hərəkət zolaqlarının sayı artırıldı

Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə yeni layihə icra olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilir ki, küçədə hərəkət zolaqlarının nişanlanması yekunlaşıb.

Dəyişiklik nəticəsində Abbasqulu ağa Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində darboğaz effekti aradan qaldırılıb, hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb.


SON XƏBƏRLƏR

26 Dekabr 2025