Naxçıvanda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Şahbuz rayon Biçənək kəndində qeydə alınıb. Avtoqəza nəticəsində qaz xətti qırılıb. Təhlükəsizlik səbəbilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.
Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Bakı 




