• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Mənzil bazarında qiymətlər niyə artıb?

İQTİSADİYYAT

27 Dekabr 2025 | 15:41 | Müəllif: Subhan Mahmudov

Mənzil bazarında qiymətlər niyə artıb?

Son zamanlar mənzil bazarında qiymətlərin artdığı müşahidə olunur.

Əmlakçıların sözlərinə görə, hazırda bazarda qiymətlər orta hesabla 10 faiz artıb.

"Keçən il Nərimanov rayonunda 210 min manata satılan mənzillərin qiyməti indi 250 min manatdır. Süni qiymət artımıdır, ölkədəki bahalaşma ilə əlaqəsi yoxdur", - deyə mövzu ilə bağlı açıqlamasında makler deyib.

Bakıvaxtı.az-ın məlumatına görə, əmlak eksperti Elnur Fərzəliyev Baku TV-yə bildirib ki, qiymət artımı əsasən ipoteka şərtlərinə uyğun olan mənzillərdə müşahidə edilir. Onun sözlərinə görə, sahəsi böyük olan mənzillərdə son beş ay ərzində ciddi qiymət artımı qeydə alınmayıb.

Ekspert əlavə edib ki, şəhər daxilində aparılan abadlıq və söküntü işləri, xüsusilə köhnə və fərdi yaşayış evlərinin plana düşməsi bir çox vətəndaşların Bakıətrafı ərazilərə köçməsinə səbəb olub. Bu amil isə paytaxta yaxın qəsəbə və kəndlərdə mənzillərə tələbatı artıraraq qiymətlərin yüksəlməsinə gətirib çıxarıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026