• Bakı C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Zurabişvili məsuliyyətə cəlb olunmalıdır - Kekenadze

DÜNYA

27 Dekabr 2025 | 17:36

Zurabişvili məsuliyyətə cəlb olunmalıdır - Kekenadze

Oktyabrın 4-də Gürcüstanda dövlət çevrilişinə cəhdə dəstək verənlərin hamısı qanun qarşısında cavab verməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qaxariya Gürcüstan Üçün” partiyasının üzvü Tamar Kekenadze deyib.

“Qondarma çevriliş təxribatına hansısa formada dəstək vermiş bütün şəxslər, ilk növbədə, sabiq prezident Mixail Saakaşvilinin Milli Hərəkat Partiyası və ona bağlı təşkilat və fərdlər cavab verməlidirlər. Bu prosesdə seyirçi rolunda olanların siyasi məsuliyyətindən də danışırıq. Burada söhbət sabiq prezident Salome Zurabişvilidən gedir”, - o bildirib.

Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi bu gün oktyabrın 4-də paytaxtda prezident sarayına hücumun təşkili ittihamı ilə təqsirləndirilən Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayanın barəsində həbs qətimkan tədbiri seçib./Teleqraf


SON XƏBƏRLƏR

26 Dekabr 2025