• Bakı C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

ABŞ və Ermənistan “Tramp Marşrutu”nu müzakirə edib

DÜNYA

26 Yanvar 2026 | 17:33

ABŞ və Ermənistan “Tramp Marşrutu”nu müzakirə edib

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan Lens Kokonosun rəhbərlik etdiyi ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az Ermənistan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sərkis Xandanyan görüşdə Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafını yüksək qiymətləndirib.

Həmsöhbətlər “Tramp Marşrutu” layihəsinin (TRIPP) həyata keçirilməsinin vacibliyindən danışıblar, yaxın gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Sərkis Xandanyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması proseslərindəki son inkişaflara toxunub.


SON XƏBƏRLƏR