• Bakı C

    10.54 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Zelenski Trampla bu 5 məsələni müzakirə edəcək

DÜNYA

27 Dekabr 2025 | 20:52

Zelenski Trampla bu 5 məsələni müzakirə edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə sabah keçiriləcək görüşdə müzakirə olunacaq mövzular barədə açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Zelenski bildirib ki, görüşdə 5 əsas məsələ müzakirə olunacaq: Ukrayna-ABŞ, Ukrayna-Avropa təhlükəsizlik zəmanətləri, hərbi istiqamət, rifah və bərpa, həmçinin ardıcıl fəaliyyət planı.

"ABŞ tərəfi, şübhəsiz ki, bütün bunları Rusiya tərəfi ilə də müzakirə edəcək və bizə geridönüş edəcəklər", - deyə Ukrayna lideri əlavə edib.

Qeyd edək ki, dekabrın 28-də iki ölkənin lideri Florida ştatında görüşəcək. Zelenski görüşdə sülh planı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağı düşünür./Axar.az


SON XƏBƏRLƏR