Rusiya müharibənin 1433-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 111 126 PUA-sı, 646 zenit-raket kompleksi, 27 324 tank və digər zirehli texnikası, 1 651 reaktiv yaylım atəş sistemi, 32 845 artilleriya və minaatanı, 52 846 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Bakı 




