• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistan və Aİ azad ticarət sazişi üzrə danışıqları başa çatdırıb

DÜNYA

26 Yanvar 2026 | 20:36 | Müəllif: Subhan Mahmudov

Hindistan və Aİ azad ticarət sazişi üzrə danışıqları başa çatdırıb

Hindistan və Avropa İttifaqı (Aİ) arasında azad ticarət sazişi üzrə danışıqlar başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın ticarət və sənaye nazirinin müavini Raceş Aqraval jurnalistlərə bildirib.

Onun sözlərinə görə, saziş barədə yanvarın 27-də Hindistan-Aİ sammiti zamanı elan ediləcək.

"Saziş balanslı, perspektivli olacaq və Aİ ilə daha səmərəli iqtisadi inteqrasiyaya töhfə verəcək. Həmçinin hər iki tərəf arasında ticarət və investisiyaların inkişafını stimullaşdıracaq", - deyə Aqraval qeyd edib.

Nazir müavininin məlumatına görə, sazişin rəsmi imzalanması mətnin hüquqi yoxlanışından sonra baş tutacaq ki, bu da 5-6 ay çəkə bilər. Gözləntilərə görə, saziş 2027-ci ildə qüvvəyə minəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026