Çexiya hökuməti ölkənin təhlükəsizliyini gücləndirmək və müdafiə potensialını artırmaq məqsədilə müdafiə sahəsinə ayrılan xərclərin artırılmasını nəzərdə tutur.
Bakıvaxtı.az xəbər verir ki, hökumət iclasından sonra yaxın illərdə hərbi büdcənin mərhələli şəkildə artırılması və yeni hərbi-sənaye kompleksi (HİK) müəssisələrinin yaradılması planlaşdırılır.
Rəsmi şəxslər bildiriblər ki, bu addımlar NATO qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsinə və regional təhlükəsizlik çağırışlarına cavab verməyə yönəlib.
Yeni strategiya çərçivəsində silah-sursat, hərbi texnika və müdafiə texnologiyalarının istehsalı ilə məşğul olacaq müəssisələrin yaradılmasına xüsusi diqqət yetiriləcək. Hökumət hesab edir ki, bu təşəbbüs, həm də milli iqtisadiyyata müsbət təsir göstərəcək, yeni iş yerlərinin açılmasına və texnoloji inkişafın sürətlənməsinə şərait yaradacaq. Ekspertlər qeyd edirlər ki, Çexiyanın müdafiə sənayesinin gücləndirilməsi ölkənin uzunmüddətli təhlükəsizlik strategiyasında mühüm rol oynayacaq.
Bakı 




