• Bakı C

    10.54 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

"Türkiyənin inkişafının qarşısını almaq cəhdləri iflasa məhkumdur" - Ərdoğan

DÜNYA

27 Dekabr 2025 | 21:47

Türkiyənin inkişafının qarşısını almaq cəhdləri iflasa məhkumdur - Ərdoğan

2023-cü ilin fevralında baş vermiş güclü zəlzələlərin vurduğu böyük zərər nəticəsində Türkiyə dövlətinin zəifləyəcəyinə ümid edənlərin gözləntiləri doğrulmayıb. Türkiyənin inkişafının qarşısını almaq cəhdləri iflasa məhkumdur.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənubundakı Hatay vilayətinin sakinləri ilə görüşdə bildirib.

Türkiyə liderinin sözlərinə görə, 53 mindən çox insanın həyatına son qoymuş zəlzələlərin vurduğu maddi zərər 150 milyard ABŞ dollarını ötüb. “Ümumi sahəsi 110 min kvadratkilometr olan ərazidə fəlakətin mənfi nəticələrini 14 milyon Türkiyə vətəndaşı hiss edib”, - deyə Prezident Ərdoğan bildirib.

Dövlət başçısı zəlzələdən zərər çəkmiş bölgələrdə aparılan genişmiqyaslı bərpa işlərinə diqqət çəkərək qeyd edib ki, cəmi iki ildən bir qədər artıq müddətdə fəlakət zonasına daxil olan 11 vilayətdə 455 mindən çox yaşayış vahidi istifadəyə verilib.

“Dövlət fəlakət zonasının sakinlərinə dəstəyi bundan sonra da davam etdirəcək”, – deyən Türkiyə Prezidenti, həmçinin ölkənin 11 vilayətində çalışan 200 min mühəndisə, memara və fəhləyə təşəkkür edib.


SON XƏBƏRLƏR