Dünya futbolunun canlı əfsanəsi Lionel Messi məhsuldarlığı ilə azarkeşləri heyran etməkdə davam edir.
Bakıvaxtı.az xəbər verir ki, 38 yaşlı hücumçu MLS-in yeni mövsümündə ilk qollarını "Orlando Siti" ilə matçda (4:2) dubl etməklə rəsmiləşdirib.
Bu, argentinalı ulduzun karyerasında sayca 178-ci dublu olub. Messinin dubllarının böyük hissəsini "Barselona"da (137) qeydə alıb. O, Argentina millisində 14, PSJ-də isə 5 dəfə bir oyunda iki qol vurmağa nail olub. Hazırkı klubu "İnter Mayami"nin heyətinə üç ildən az müddət əvvəl qoşulmasına baxmayaraq Messi artıq 22-ci dəfə dubla imza atıb. Təcrübəli forvardın bütün peşəkar karyerası boyu vurduğu qolların ümumi sayı isə 898-ə çatıb.
Qeyd edək ki, Lionel Messinin 900 qolluq tarixi həddə çatmasına cəmi iki dəqiq zərbə qalır.
Bakı 




