• Bakı 11° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Yeniyetmə cüdoçular ilk gündə 13 medal qazanıblar

İDMAN

04 Aprel 2026 | 19:03

Yeniyetmə cüdoçular ilk gündə 13 medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunun ilk gününü səkkiz medalla başa vurublar.

Bakıvaxtı.az-ın məlumatına görə, onlardan 1-i qızıl, 4-ü gümüş, 8-i bürünc əyarlıdır.

Rza Xəlilov (55 kq) qızıl, İbrahim Talıbov, (55 kq), Fərid Rzazadə (50 kq), Fatimə Fərmanzadə (48 kq), İlkin Qarayev (66 kq) gümüş mükafata sahib çıxıblar.

Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq), Sənan Piriyev (66 kq), Sunay Salamova (40 kq), Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (48 kq), Zəhra Mövlamverdiyeva ilə Nərgiz Ağamirzəzadə (hər ikisi 52) bürünc medal qazanıb.

Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunan Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.


SON XƏBƏRLƏR