• Bakı C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Bakıda qadın ərini öldürüb həyətində basdırdı - Məhkəmə

CƏMİYYƏT

05 Mart 2026 | 15:17

Bakıda qadın ərini öldürüb həyətində basdırdı - Məhkəmə

Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən barədə seçilmiş həbs qərimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin ilk baxış iclası martın 12-nə təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR