• Bakı 26° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Xalq artisti Əvəz Abdullayev də işdən çıxarıldı

CƏMİYYƏT

04 Aprel 2026 | 14:44

Xalq artisti Əvəz Abdullayev də işdən çıxarıldı

Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən uzaqlaşdırılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Əvəz Abdullayev sosial şəbəkə hesabında paylaşım edib.

O, teatrla bağlı bir sıra iddialar səsləndirərək bildirib ki, heç bir səbəb göstərilmədən işdən çıxarılıb:

“Teatrdan son xəbərləri sizinlə bölüşmək istəyirəm. Bakıdakı son çıxışımdan (12 mart) sonra dünyaca məşhur tenor, eyni zamanda Opera Teatrının direktoru, xalq artisti Yusif Eyvazov müqaviləmi yeniləmədən məni işdən uzaqlaşdırdı”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini 2023-cü ilin aprel ayından etibarən Yusif Eyvazov icra edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026