q
  • Bakı 14° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Əhalinin DİQQƏTİNƏ: Qasırğa olacaq...

CƏMİYYƏT

04 May 2026 | 13:34

Əhalinin DİQQƏTİNƏ: Qasırğa olacaq...

Mayın 4-də səhər saatlarında Günəşdə daha əvvəlki güc kateqoriyasına daxil olan partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu TASS agentliyinə açıqlama verib.

Məlumata əsasən, bu gün Bakı vaxtı ilə saat 05:33-də (Moskva vaxtı ilə 04:33 - red.) 4 424 nömrəli Günəş ləkəsi qrupunda (N16W77) rentgen spektrində M1.8 sinfinə aid və 31 dəqiqə sürən alovlanma aşkar edilib.

Xatırladaq ki, Günəşdəki partlayışlar yaydıqları rentgen şüalarının intensivliyinə görə beş əsas qrupa ayrılır: A, B, C, M və X. Ən zəif kateqoriya hesab edilən A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nanovatt radiasiya gücü deməkdir. Hər sonrakı sinfə keçid zamanı şüalanma gücü 10 qat çoxalır. Bu cür partlayışlar çox vaxt Günəş plazmasının atılması ilə nəticələnir və həmin plazma buludları planetimizə çatdıqda Yer kürəsində maqnit qasırğaları yarada bilir.


SON XƏBƏRLƏR